AZ

Azərbaycan Texniki Universitetində "Abituriyent Məsləhət Mərkəzi" yaradılıb

Azərbaycan Texniki Universitetində "Abituriyent Məsləhət Mərkəzi" yaradılıb.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzinin fəaliyyət istiqamətləri ilə bağlı imtahan iştirakçılarına kömək etmək məqsədilə Azərbaycan, Qərbi Kaspi, Bakı Biznes, Odlar Yurdu, Avrasiya, Memarlıq və İnşaat, Sumqayıt Dövlət Universitetlərində, Azərbaycan Dövlət Aqrar Universitetində və DİM-in regional bölmələrində ödənişsiz əsaslarla “Abituriyent Məsləhət Mərkəzlər”i fəaliyyət göstərirlər.

 

Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti "Abituriyent Məsləhət Mərkəzi" Azərbaycan Texniki Universitetində (Ünvan: H.Cavid prospekti 25, I korpus, otaq 120) yaradılıb.

 

Məsləhət mərkəzində xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki məsələlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz kömək göstərirlər.

 

Abituriyentlər onları maraqlandıran suallarla bağlı həftə içi saat 10:00-dan 17:00-dək “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
1
Mənbələr
Şərh ()
Bağla