AZ

HƏMAS İsrailin Qəzzada atəşkəs barədə təklifini nəzərdən keçirir

HƏMAS

Bakı, 3 may, AZƏRTAC

HƏMAS hərəkatı Qəzza sektorunda atəşkəs və girovlar barədə İsrailin Misirlə birgə hazırladığı saziş layihəsini nəzərdən keçirir.

AZƏRTAC xəbər verir ki, hərəkatın Livandakı nümayəndəsi Əhməd Əbdül Hadi Əl-Mayaden telekanalına müsahibəsində HƏMAS-ın razılaşma ilə bağlı təklifləri ciddi şəkildə nəzərdən keçirdiyini, lakin nəticə çıxarmaq üçün erkən olduğunu deyib. Onun sözlərinə görə, təqdim olunan sənəddə “ikimənalı şərh oluna biləcək ümumi ifadələr” yer alıb.

İsrailin Qəzza sektorunun cənubundakı Rəfah şəhərində yerüstü əməliyyata başlamaq planlarını şərh edən Hadi vurğulayıb ki, Binyamin Netanyahu müharibəni qismən dayandırmaq istəsə də, onu uzatmağa çalışır. Rəfaha hücum təhdidi isə müqavimətə təzyiq məqsədi daşıyır.

Qeyd edək ki, hərəkatın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Misir kəşfiyyatının rəhbəri Abbas Kamel ilə telefon danışığında HƏMAS nümayəndə heyətinin Fələstin xalqının tələblərinə cavab verən və təcavüzü dayandıracaq razılaşma ilə bağlı danışıqları davam etdirmək üçün yaxın vaxtlarda Misirə səfər edəcəyini təsdiqləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
26
Mənbələr
Şərh ()
Bağla