AZ

Həbsdə olan Dilan Polat intihara cəhd etdi - FOTO

Hazırda həbsdə olan türkiyəli sosial media fenomeni Dilan Polat intihara təşəbbüs edib.

BAKU.WS Türkiyə KİV-ə istinbadən xəbər verir ki, "Ölmək istəyirəm" deyən Dilanın müayinə zamanı bədənində kəsik izləri aşkarlanıb.

O bıçaqla ən çox qollarına zərər yetirib.

Bununla bağlı fenomenin vəkili Hüseyin Kaya açıqlama yayıb. O bildirib ki, Dilan Polatın özünə zərər verdiyi doğrudur. Lakin bunu nə ilə etdiyi bəlli deyil. 

 
Xatırladaq ki, noyabrın 5-də sosial media fenomeni Dilan Polat və ailə üzvləri həbs olunub.
Onlar çirkli pulların yuyulması, Vergi Qanununun pozulması və qanunsuz mərc və şans oyunlarında iştirakda ittiham olunurlar.
Dilan-Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
3
Mənbələr
Şərh ()
Bağla