AZ

“Qərbi Azərbaycanlılara təminat verilməlidir“ - Sabir Məmmədli

"Qərbi Azərbaycanlıların tarixi vətənlərinə, Ermənistan ərazisinə qayıdış məsələsi mütləq sülh müqaviləsinə daxil edilməlidir. 

Politoloq Sabir Məmmədli bunu News365.az-a açıqlamasında deyib.

"Qərbi Azərbaycanlılara təminat verilməlidir. Necə ki, biz başqa xalqların nümayəndəsinin Azərbaycanda yaşamasına, o cümlədən ermənilərin Azərbaycanda yaşamasına təminat verilməlidir. Qarabağ erməniləri insani baxımdan indiyənə qədər yaşayan və Azərbaycanı işğal etdikləri dövrdə Azərbaycan əhalisinin başına nə kimi müsibətlər gətirilmişdi, onların böyük əksəriyyəti prosesdə iştirak ediblər. Ona görə onlar öz daxillərindən qorxub o prosesə getdilər. Azərbaycanı tərk etdilər. Geri qayıtmaq ehtimalları çox azdır"- deyə bildirib.

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla