“Mən bu romanı yazmalı idim. Həmişə qeyri-adi və romantik insan hekayələrini sevmişəm”.
Azpost.info xəbər verir ki, bunu məşhur fransız aktyor Jan Reno deyib.
Aktyor ilk casus romanı “Emma”nı mayın 16-da təqdim edəcək.
Reno bildirib ki, kitab sakit həyat sürən, lakin birdən-birə casusluğun amansız dünyasına düşən gənc qadının hekayəsindən bəhs edir. Fransanın Brittani bölgəsindən masajçı olan qəhrəman Oman Sultanlığına gedəcək və orada böyük əhəmiyyət kəsb edən sirli məsələ ilə qarşılaşacaq.
Azpost.info