AZ

“PKK üzvləri sərhədi keçib İranda gizlənirlər” – Türkiyə XİN

“Kürd terror təşkilatının (PKK) üzvləri sərhədi keçərək İranda gizlənirlər”. 

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Yaşar Gülər ​​bildirib.

O, PKK üzvlərinin “sərhədi keçərək İrana üz tutduqlarını” deyib.

Lakin İslam Respublikası bunu təkzib edir.

Onun sözlərinə görə, davamlı müzakirələrə baxmayaraq, bununla bağlı heç bir nəticə əldə olunmayıb.

O bildirib ki, Türkiyə İran, İraq və Suriya sərhədlərində PKK-ya qarşı mübarizə aparır, lakin bu məsələdə qonşuları ilə qarşılıqlı əlaqədə çətinliklərlə üzləşir.

“İran sərhədində PKK ilə mübarizə aparırıq. Sərhədi keçib gizlənirlər. Biz iranlı dostlarımıza məlumat veririk və onların harada gizləndiyini göstəririk. Lakin onlar orada heç kimin olmadığını iddia edirlər. Bu, xoşagəlməz haldır”, – nazir qeyd edib.

Yaşar Gülər ​​əmin edib ki, Türkiyə qonşularının ərazi bütövlüyünə hörmət edir və başqalarının torpaqlarına və sərvətlərinə iddia etmir.

Xuraman Etibarlı

İnterpress.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla