AZ

Tərtərdə itkin düşən yeniyetmə qız narkotik istifadəçisi olub? - RƏSMİ CAVAB

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Məhərrəmli ilə bağlı iddialara aydınlıq gətirilib.

Olaylar.az xəbər verir ki, bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib.

O qeyd edib ki, aprel ayının 29-da Tərtər rayonunda 2009-cu il təvəllüdlü qızın itkin düṣməsi ilə əlaqədar Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub. Hazırda həmin şəxsin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Onun narkotik istifadəçisi olması ilə bağlı əvvəllər də yayılmıṣ iddialar RPŞ-də araşdırılıb və təsdiqini tapmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq