AZ

Fransa və Yaponiya iqtisadi əlaqələri gücləndirmək üçün razılığa gəliblər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fransa və Yaponiya strateji və iqtisadi əlaqələri gücləndirmək üçün razılığa gəliblər.

Banco.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Yelisey sarayında Yaponiyanın baş naziri Fumio Kişidanı qəbul edib.

Yelisey Sarayından verilən açıqlamada bu görüşün iki ölkə arasındakı münasibətlərdə dönüş nöqtəsi olduğu bildirilib. 

İki lider Hind-Sakit Okeanın “hər bir təzyiqdən uzaq, beynəlxalq hüquqa əsaslanan, sərbəst və açıq” region olaraq qalmasını təmin etmək üçün əməkdaşlığı gücləndirməyi vəd ediblər.

Görüşdə həmçinin kritik metallar sahəsində əməkdaşlığa dair Fransa-Yaponiya Niyyət Bəyannaməsi qəbul edilib. Bildirilib ki, bəyannamə əsas resursların tədarükünü və davamlı istifadəsini təşviq etmək məqsədi daşıyır.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla