AZ

Noel O'Brayen: Dayanıqlı satınalma NDC məqsədlərinə nail olmaq məsələsində əsas ola bilər

Dayanıqlı satınalma Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) məqsədlərinə nail olmaq məsələsində əsas element ola bilər.

“Report”un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Asiya İnkişaf Bankının (ADB) iqlim dəyişikliyi və dayanıqlı inkişaf departamentinin iqlim dəyişikliyi məsələləri üzrə direktoru Noel O'Brayen bankın 57-ci illik toplantısı çərçivəsində “Dayanıqlı Satınalmalar – ADB-nin iqlim dəyişikliklərinin nəticələrinin yumşaldılması və onlara uyğunlaşma məqsədlərinə töhfəsi” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bank ölkələrin ön plana çıxardıqları iqlim dəyişikliyi məqsədlərini həyata keçirir:

“Bu məqsədlər əksər ölkələrin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrində əksini tapıb. Bunlar BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına əsasən götürdüyünüz öhdəlikdir. Bu çərçivədə dəstək mexanizmi var. Beləliklə, 2025-ci ildə NDC ilə bağlı yeni iddialı öhdəliklər hazırlanacaq. Bunlar COP-da qəbul olunacaq. NDC məqsədlərinə nail olmaq üçün əsas element kimi dayanıqlı satınalmaları daxil etmək imkanı var. Beləliklə, əgər biz bu prosesi sürətləndirə və bunu NDC-yə daxil edə bilsək, düşünürəm ki, bu, çox vacib addım olardı”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla