AZ

Qəzzanın yenidən qurulması üçün bu qədər pul lazımdı

Qəzza zolağının yenidən qurulması üçün 30-40 milyard dollar lazımdır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) məlumat yayıb.

Məlumata görə, İsrailin HƏMAS qrupu ilə müharibəsindən sonra Qəzza zolağının bərpası üçün 40 milyard dollara qədər vəsait tələb olunacaq. Çünki Qəzzada dağıntıların miqyası böyük və görünməmiş səviyyədədir.

Bildirilib ki, beynəlxalq ictimaiyyət İkinci Dünya Müharibəsindən sonra heç vaxt belə bir miqyaslı dağıntı ilə məşğul olmayıb.

Qeyd edək ki, Qəzza zolağında İsrail və HƏMAS arasında müharibə 2023-cü ilin oktyabrın 7-dən davam edir.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla