AZ

Azərbaycanda bir milyonluq dəmir-beton şirkəti ötən ili zərərlə başa vurub

"Bakı Dəmir-Beton 8" ASC 2023-cü ili 160,8 min manat xalis zərərlə bitirib. 

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, ötən il şirkətin cəmi gəlirləri 395 min manat, cəmi xərcləri isə 556 min manat təşkil edib. 

ASC-nin 395 min manatlıq cəmi gəlirlərinin 365 min manatını əsas əməliyyat gəlirləri, 30 min manatını icarədən gəlirlər formalaşdırıb.

Şirkətin təkcə əməkhaqqı(230,6 min AZN), xammal (106,03 min AZN) və elektrik enerjisi  üzrə xərclərinin (117,7 min AZN) cəmi ümumi gəlirlərini üstələyib. Digər xərclər də əlavə edilməklə "Bakı Dəmir-Beton 8” ASC-nin ümumi xərcləri 555,7 min manata bərabər olub. 

Bu isə dəmir-beton şirkətinin ötən ili zərərlə başa vurmasına təsir edib. ASC zərər etdiyi üçün ötən il üzrə mənfəət vergisi ödəməyib.

Qeyd edək ki,  "Bakı Dəmir-Beton 8” ASC 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 959 664 manatdır. Qanuni təmsilçisi isə Nağıyev Ənvər Həsən oğludur

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
1
Mənbələr
Şərh ()
Bağla