"Pentaqon Nigerdəki aviabazadakı vəziyyəti diqqətlə izləyir".
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib.
"Hərbçiləri xüsusilə rusiyalı mütəxəssislərin bu Afrika ölkəsində ABŞ avadanlığına çıxışı olub-olmaması maraqlandırır. Ruslar bu məsələdə ayrıca kompleksdədirlər. Onların ABŞ qüvvələrinə və ya bizim texnikamıza çıxışı yoxdur”, - Ostin vurğulayıb.
Humay İSGƏNDƏRLİ