AZ

Renat Dadaşovun komandasına yeni baş məşqçi gəlir

Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" klubunda baş məşqçi ayrılığı baş tutub.

İqtisadiyyat.az türkiyəli idman jurnalisti Reşat Can Özbudaka istinadən xəbər verir ki, "Hatayspor" baş məşqçi Volkan Demirelin istefasını qəbul edib. Onun yerinə bir zamanlar "Hatayspor"da köməkçi məşqçi işləmiş Özhan Pulat ilə razılıq əldə edilib.

Özhan Pulatın mövsüm sonuna kimi komandanı çalışdıracağı gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla