AZ

Rus ordusu Ukraynanın daha iki vilayətinə hücuma hazırlaşır

Rus

Rusiya Ukraynanın Xarkov və Sumi vilayətlərinə hücum planlaşdırır.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski “The Economist”ə müsahibəsində bildirib.

Rəis müavini deyib ki, rusların uğuru Ukraynanın Donbassdakı müdafiəsinin nə qədər güclü olacağından asılıdır.

Skibitskinin proqnozuna görə, Rusiyanın əsas hücumu mayın sonu və ya iyunun əvvəlində başlayacaq.



Qeyd olunur ki, Rusiya Ukraynada ümumilikdə 514 min quru qoşunu yerləşdirib. Xarkovla sərhəddə yerləşən Rusiyanın şimal qüvvələrinin sayı isə hazırda 35.000 əsgərdir. Ehtimal olunur ki, bu say 50.000-70.000-ə qədər artırılacaq.

Skibitskinin fikrincə, ruslar əsgərlərin sayını artırsalar da, bu, böyük bir şəhəri tutmağa kifayət etməyəcək.

E. KAMAL

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
50
Mənbələr
Şərh ()
Bağla