AZ

"NATO Rusiya ilə müharibəyə başlamaq istəyir"- Taker

AzVision.az xəbər verir ki, bu fikri məşhur amerikalı jurnalist Taker Karlson deyib. Cümə axşamı o, öz saytında Macarıstanın baş nazirinin siyasi müşaviri Balaş Orbanla müsahibəsini dərc edib.

Karlson: "Duqinin ideyaları o qədər təhlükəli sayılır ki..."
Macarıstanlı siyasətçi də Karlsonun fikrini dəstəkləyərək qeyd edib ki, ölkəsi NATO ilə Rusiya arasında başlayacaq dəhşətli müharibəyə sürüklənə bilər: "Bu, mümkün olan ən pis hadisə sayılır. Heç kim belə hadisənin baş verməsini istəmir, amma kimsə bunu dayandıracaq qədər güclü də deyil".

Eyni zamanda jurnalist Orbanın fikrinə cavab olaraq xatırladıb ki, ABŞ dövlət katibi Antoni Blinken "açıq şəkildə bunu istəyir”.

Orban isə "amma NATO-nun rəsmi mövqeyi ondan ibarətdir ki, onlar birbaşa qarşıdurmaya getmək istəmirlər" deyib.

Xatırladaq ki, Karlsonun bir müddət öncə Rusiya prezidenti Vladimir Putindən aldığı müsahibə dünya mediasında maraqla qarşılanmışdı. O, bir neçə gün öncə isə Beynəlxalq Avrasiya Hərəkatının lideri, tanınmış rusiyalı filosof Aleksandr Duqinlə olan müsahibəsini dərc edib.

Tural Tağıyev
AzVision.az


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla