AZ

Çay evində müştərini döyən şəxs məhkəmə zalında həbs edildi

Gəncə Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Qabil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, protest təmin edilib, bəraət verilməsinə dair Bərdə Rayon Məhkəməsinin çıxardığı hökm ləğv olunub. İş üzrə ittiham hökmü çıxarılıb. Belə ki, təqsirləndirilən şəxs 1 il 11 ay 11 gün müddətinə azadlıqdan məhrum edilib. Qabil Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə iclas zalından həbsə alınıb.

 

İttihama görə, hadisə 15 dekabr 2022-ci il tarixdə, saat 02 radələrində Bərdə şəhəri, Yusif Nağıyev küçəsində yerləşən “Nur” çay evində qeydə alınıb.

 

Belə ki, Qabil Məmmədov yüngül dərəcəli sərxoş vəziyyətdə orada müştəri qismində olan zərərçəkmiş Baba Səfərovla (şərti) mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin onun ünvanına nalayiq ifadələr işlətməsinə irad bildirməsi olub. Sonra o, çay evinin zal hissəsində ağac dəyənəyi yerdən götürüb Babanın baş nahiyəsinə qəsdən bir dəfə zərbə endirərək ona xəsarət yetib.

 

Daha sonra Qabil Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 3 May 2024, 09:39   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla