AZ

Ordu ilə Netanyahu arasında "təhlükəli fikir ayrılığı" var

Yediot Ahronot qəzetində dərc olunan xəbərdə İsrail təhlükəsizlik rəsmilərinin Netanyahunun "Qəzzadakı qazancları" təhlükəyə atdığı fikrində olduqları qeyd edilib.

News24.az xəbər verir ki, xəbərdə "əsir mübadiləsi, müharibədən sonrakı proses, Qəzzanın cənubundakı Rəfah şəhərinə hücum, Hizbullahla davam edən gərginlik” mövzularında “təhlükəli fikir ayrılığı” olduğu bildirilib. Müdafiə naziri Yoav Gallant və Baş Qərargah rəisi Herzi başda Halevi ilə Netanyahu başda olmaqla yüksək səviyyəli təhlükəsizlik səlahiyyətliləri arasında son həftələrdə fikir ayrılıqlarının artdığına diqqət çəkilib.

Sözügedən xəbərdə Baş Qərargah rəisinin dəfələrlə Rəfaha girməyə qərar verdiyi, lakin Netanyahunun ABŞ prezidenti Co Baydenin təzyiqləri səbəbindən qətiyyət göstərə bilmədiyi iddia edilib.

Xəbərdə təhlükəsizlik rəsmilərinin “Həması məğlub etmək və Hizbullahı sərhəddən çıxararaq müharibəni bitirmək istədikləri” iddia edilib. Bu rəsmilərin Netanyahunun qətiyyətsizliyi səbəbindən məqsədlərinə çata bilmədiklərinə diqqət çəkilib.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla