AZ

Qəzzanın yenidən qurulması 80 il çəkə bilər

Birləşmiş Millətlər Təşkilatının dərc etdiyi hesabatda Qəzzada İsrailin bombardmanları nəticəsində dağıdılan evlərin yenidən qurulmasının 80 il çəkə biləcəyi qeyd edilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrailin Qəzza zolağına davamlı hücumları böyük dağıntılara səbəb olub.
 
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) dərc etdiyi hesabatda bölgədəki dağıntıların miqyası açıqlanıb.
 
Məlumata görə, əgər regionda vəziyyət əvvəlki münaqişələrdə olduğu kimi oxşar proseslə davam edərsə, Qəzza zolağının yenidən qurulmasının növbəti əsrdə başa çatacağı gözlənilir.
 
İsrailin 7 aylıq bombardmanının milyardlarla dollar ziyana səbəb olduğu bölgədə 80 mindən çox ev dağılıb.
 
BMT-nin hesabatında Qəzza zolağında dağılmış evlərin bərpasının orta hesabla 80 il çəkə biləcəyi qeyd edilib.
 
Hesabatda qeyd olunub ki, tikinti materiallarının 2021-ci ildəki son böhran dövründəkindən beş dəfə tez tədarük edildiyi ən yaxşı ssenaridə belə, yenidənqurma 2040-cı ilə qədər davam edəcək. Qəzza əhalisinin yoxsulluq göstəricilərinə diqqət çəkən hesabata görə, hücumlar 9 ay davam edərsə, yoxsulluq nisbətinin 38,8 faizdən 60,7 faizə yüksəlməsi gözlənilir.
 
Fələstin Mərkəzi Statistika Bürosunun məlumatına görə, oktyabrın 7-dən etibarən Qəzza zolağında həyata keçirilən hücumlarda 86 min yaşayış evi, 25 xəstəxana, 341 məscid, 100 məktəb və universitet dağıdılıb.
 
Mikayıl

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla