AZ

“Müharibənin bitməsinə zəmanət verilməsə, Sinvar İsraillə atəşkəsə razı olmayacaq” – WSJ


Fələstinin HƏMAS hərəkatının lideri Yəhya Sinvar “müharibəyə son qoymaq üçün etibarlı plan”ı ehtiva etməsə, İsraillə atəşkəsə razı olmayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.
Qeyd olunur ki, Sinvarın əsas məqsədi HƏMAS-ın girovları müqabilində yüzlərlə, hətta minlərlə fələstinlini İsrail həbsxanalarından azad etməkdir. O, həmçinin gözləyir ki, sövdələşmə HƏMAS-ın mövcudluğu ilə yanaşı anklavda hərbi əməliyyatların sona çatmasına gətirib çıxaracaq və “müharibəyə son qoymaq üçün etibarlı plan” olmadan razılaşmaya razı olmayacaq.
Bildirilir ki, hərəkat həmçinin atəşkəs üçün beynəlxalq təminat tələb edir. Nəşrin danışıqlarda iştirak edən həmsöhbətləri qeyd ediblər ki, Misir, Qətər və ABŞ-nin qarantları HƏMAS-a “qeyri-kafi” görünür.
Onlar əlavə ediblər ki, həm Sinvar, həm də İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparmaq çətindir:
“Netanyahunun yeganə məqsədi özünün siyasi sağ qalmasıdır və hər şey bundan irəli gəlir. Bu o deməkdir ki, o, qərar verərsə, atəşkəs və girovlarla bağlı heç bir razılaşma olmayacaq. O, çıxılmaz vəziyyətdədir”.
Qeyd olunur ki, HƏMAS-ın Qəzzadakı lideri uzunmüddətli perspektivdə zolağın blokadasını qaldırmağa, İsrailin hərbi təzyiqindən qurtulmağa və hərəkatın mövcudluğunu təmin etməyə ümid edir.
Xatırladaq ki, aprelin 27-də Misir İsrail tərəfi ilə razılaşdırılmış təşəbbüsü HƏMAS-a təhvil verib. Nəzərdə tutulan razılaşmaya əsasən, atəşkəs müqabilində Qəzzada saxlanılan 20-40 girov azad edilməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
2
Mənbələr
Şərh ()
Bağla