AZ

“Araz Supermarket”ə işçi axtarılır

Araz Supermarket
İnsan Resursları üzrə Biznes Tərəfdaş
Son tarix 02 iyn 2024 – [email protected]
İş yeri: Bakı şəhəri.
 Tələblər:

Ali təhsil (İnsan Resursları üzrə bakalavr və ya magistr dərəcəsinin olması üstünlükdür);
İşə qəbul sahəsində 1-3 il iş təcrübəsi;
Xarici dil bilikləri üstünlükdür;
MS Office bilikləri;
Əmək qanunvericiliyi üzrə biliklər;
Yüksək kommunikasiya, nəticəyönümlülük, analitik düşünmə və təqdimat bacarıqlarına sahib olmalı.

 Vəzifə öhdəlikləri:

Mövcud vakansiyaların təhlil edilməsi, elanların hazırlanması və yerləşdirilməsi;
Namizədlərlə müsahibələrin təşkil edilməsi;
Namizədlər üçün imtahanların və test yoxlanışlarının (test-drive) təşkili;
Yeni əməkdaş məlumatlarının ERP sisteminə daxil edilməsi;
Şirkətin işəqəbul siyasət və prosedurlarına riayət olunmasını təmin etmək;
İşəqəbul layihələrinin (Açıq Qapı günləri, Karyera sərgiləri) təşkilində iştirak edilməsi.

Təminatlar:

Nahar ilə təmin edilmə;
5 günlük iş qrafiki;
Servis xidməti.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “İnsan Resursları üzrə Biznes Tərəfdaş” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.

Seçilən
31
2
index.az

2Mənbələr