AZ

“Tarixdə bu gün”- 3 may necə yadda qalıb?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

3 may tarixində baş vermiş əhəmiyyətli hadisələrə nəzər salaq.

 

3 may Beynəlxalq Mətbuat Azadlığı Günüdür:

 

XX əsrin son onilliyində dünyada yaranmış siyasi reallıqları nəzərə alan müxtəlif ölkələrin jurnalistləri 1990-cı ilin fevralında Parisdə azad mətbuat prinsiplərinin maneəsiz yayılması və bəşəri bəlalara qarşı birgə mübarizənin zəruriliyini bildirmişlər. 1991-ci il mayın 3-də UNESCO bu məramı ifadə etmiş sənədi - Namibiyanın Vinduk şəhərində qəbul olunmuş Bəyannaməni dəstəkləmiş və həmin günü Dünya Mətbuat Azadlığı Günü kimi qeyd etmək təklifini BMT-yə göndərmişdir.

 

1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Dünya Mətbuat Azadlığı Günü elan olunmuşdur.

 

3 May Türkçülük Günüdür:

 

Dünyadakı türklərin hər il qeyd etdiyi 3 May Türkçülük Gününə gətirən proseslər 1942-ci ildən başlayıb.

 

Həmin dövrdə Türkiyənin baş naziri milli düşüncə sahibi Şükrü Saraçoğlu olsa da, dövlət məmurları arasında kommunistlərin də sayı az deyildi. Təhsil naziri Hasan Ali Yücel kommunist olduğunu açıq söyləyir, bu siyasi görüş daşıyıcılarını orta və ali təhsil ocaqlarına yerləşdirirdi.

 

3 May Beynəlxalq Günəş Günüdür:

 

1978-ci ildə təsis edilən “Günəş Günü”nün qeyd edilməsində məqsəd ekoloji cəhətdən daha təmiz resurs hesab olunan günəş enerjisindən istifadənin təşviqidir. Bu enerjidən istifadəyə diqqətin artması da 1970-ci illərə təsadüf edir.

 

3 may 1810-cu ildə məşhur ingilis şairi Corc Bayron üzə-üzə Dardanel boğazını keçib:

 

Bununla sanki yunan əsatiri qəhrəmanı Leandra ilə yarışa girib. Qeyd edək ki, Leandra üçün bu cəhd acınacaqlı qurtarıb: sevigilisinin yanına tələsən gənc yunan gecə vaxtı körfəzdə batıb. 22 yaşlı Bayron isə bu niyyətini uğurla yerinə yetirdi, amma bundan sonra uzun müddət xəstə yatdı.  

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla