ABŞ-da əsən güclü külək hərəkətdə olan TIR-ı avtomobilin üzərinə aşırıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə ötən cümə günü Nebraskanın cənub-şərqində baş verib. Bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb.
Kadrlarda, hərəkətdə olan TIR-ın güclü toronadonun təsiri ilə əks yolda hərəkətdə olan avtomobilin üzərinə aşdığı görülür.
Qəzaya düşən avtomobilin sürücüsü, sosial şəbəkədə hadisə zamanı xəsarət almadığını bildirərək video paylaşıb.
Namiq Musayev