AZ

Dünyanın ən gözəl alim qadını – Tədqiqatçı ən yırtıcı heyvanlardan danışdı

“Dünyanın ən gözəl qadın alimi” kimi tanınan tədqiqatçı, yazıçı və model Rozi Mur ən çox maraq göstərdiyi yırtıcıların adını çəkib.

KONKRET.az xəbər verir ki, bu barədə “Daily Star” yazır.

Mur sosial şəbəkədəki səhifəsində ilk üç sevimli yırtıcılarının siyahısını tərtib edib. O, pitonları üçüncü yerə qoyub. Bildirib ki, bu ilanlar həmişə əyləncəlidir, çünki onların böyük dişləri var və hər an insanları dişləyə bilirlər.

Alim köpəkbalıqlarını ikinci yerə qoyub. Onun sözlərinə görə, okeanda köpəkbalıqlarını müşahidə etmək ona xüsusi həzz verir. “Onlarla suyun dərinliklərinə baş vurmaq çox həyəcanlıdır. Köpəkbalıqları daim ovunu güdür və suda pusquya salmağa çalışır ki, bu da tədqiqatçını dəfələrlə həyəcanlandırıb”.

Tədqiqatçının siyahısında birinci yerdə timsahlar gəlir. Çünki timsahları ovlamaq və ya ələ keçirmək olduqca maraqlı və təhlükəli prosesdir.

Qeyd edək ki, 20 yaşında Mur Florida Atlantik Universitetində oxuyub və ətraf mühit elmini öyrənməyə başlayıb. Model alim magistratura təhsilini davam etdirir və diqqətini su ehtiyatları, coğrafi informasiya sistemləri və məsafədən zondlama texnologiyalarını öyrənməyə yönəldib.

Xatırladaq ki, Mur daha əvvəl ən təhlükəli hobbilərini sadalamışdı. O, timsahlarla üzməyi ən təhlükəli hobbilərdən biri adlandırıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla

Reytinq