AZ

“X-XI siniflərdə təhsil pullu olacaq” iddiası

Elçin Əfəndi: “Sərbəst davamiyyətin tətbiqi məsələsi qətiyyən ağlabatan deyil, çünki...”

Son günlər aktual olan məsələlərdən biri də orta ümumtəhsil məktəblərinin X-XI siniflərində tədrisin təşkili ilə bağlıdır. Belə ki, bugünlərdə sosial şəbəkələrdə X-XI siniflərdə təhsilin ödənişli olması təklifi çox səsləndirilir. Bəzi ekspert və valideynlər bunu əsasən onunla əlaqələndirirlər ki, onsuz da IX sinfi başa vurduqdan sonra şagirdlər repetitor yanına gedir və ailə həm məktəbə xərc çəkir, həm də repetitora ödəniş etməli olur. Ona görə də yalnız məktəbə ödəniş etməklə bu problemi həll etmək olar.

Digər tərəfdən, valideynlər bildirirlər ki, X-XI siniflərdə şagirdlər repetitor yanına getdikləri və məktəbdə dərs keçirilmədiyi üçün davamiyyət azalır. Bu baxımdan şagirdlərə X-XI siniflərdə “sərbəst davamiyyət” tətbiq edilə bilər. Ümumtəhsil məktəblərini publik hüquqi şəxsə çevirməklə bağlı Nazirlər Kabinetinə qərar layihəsi verilib və hələ təsdiq olunmayıb.

Orta məktəblərdə X-XI siniflərdə təhsilin ödənişli olması və yaxud “sərbəst davamiyyət”in tətbiqi nə dərəcədə realdır?

Elçin

Elçin Əfəndi 

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi “Yeni Müsavat”a danışıb: “Azərbaycanın Konstitusiyasına görə, hər bir vətəndaşın təhsil almaq hüququ var və icbari təhsildə ödənişsiz təhsil ala bilirlər. Faktiki olaraq onu müşahidə edirik ki, yuxarı siniflərdə, xüsusən də 10-11-ci, hətta bura artıq 9-ci sinif də daxildir, dərsə davamiyyət olduqca aşağıdır. Yəni şagirdlər əsasən repetitor yanına və yaxud müxtəlif hazırlıq kurslarına üz tutur, məktəbə getmirlər. Əlbəttə ki, bu istənilən halda ümumi təhsil göstəricilərinə mənfi təsir edir, eyni zamanda valideynlər maddi cəhətdən geri düşmüş olurlar.

Bir müddət öncə Elm və Təhsil Nazirliyi tərəfindən əsasən 10-11-ci siniflərdə təmayülləşmə adı altında şagirdlər üçün ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə hazırlıq qrupları təşkil olundu və hər kəs konkret olaraq hansı ixtisas qrupunu seçibsə, həmin istiqamətdə hazırlaşmağa başladı. Lakin təəssüf ki, görünən ondan ibarətdir  ki, bu layihə özünü o qədər də doğrultmur. Hazırda tam və  ümum orta təhsil müəssisələrinin publik hüquqi şəxs statusu alması ilə bağlı Nazirlər Kabinetinə müraciət daxil olub. Əgər bu qərar qəbul olunarsa, artıq həmin təhsil müəssisələri publik hüquqi şəxs statusuna malik olacaq və bununla da özünü maliyyələşdirən, öz qaydalarını tənzimləyən bir quruma çevriləcəklər. Nəticə etibarı ilə burada artıq ödənişli təhsil məsələsi və digər ödənişli əməkdaşlıqlar öz təsdiqini tapa bilər.  Belə olduğu halda da 10-11-ci siniflərdə müvafiq olaraq hazırlıqların keçirilməsi və yaxud təhsil müəssisəsində tədrisin həyata keçirilməsi ödənişli ola bilər".

Ekspert qeyd edib ki, bu prosesin baş tutması üçün bir neçə il vaxt lazım gələcək: “Bu gün ölkəmizdə 4400-dən çox tam və ümum orta təhsil müəssisəsi fəaliyyət  göstərir ki, burada da 1,6 milyon nəfər şagird təhsil alır. Bu şagirdlər arasında təxminən 350-400 min nəfər şagird 9-11-ci sinifdə təhsil alır. Həmin şagirdlərin ödənişli təhsilə cəlb olunması dövlətin məhz bu istiqamətdə çəkdiyi xərclərin qarşısını ala  və nəticə etibarı ilə artıq təhsil müəssisələri arasında rəqabət mühiti formalaşa bilər. Hansı ki, məsələn, valideyn artıq ödənişi repetitor hazırlığına və yaxud hazırlıq kurslarına deyil, məhz məktəbə verə bilər. Belə olan halda məktəblər keyfiyyətli təhsil verməkdə maraqlı olar, daha yaxşı, peşəkar müəllimləri öz təhsil müəssisəsinə cəlb edib, nəticə etibarı ilə sağlam rəqabət mühiti formalaşdıra bilərlər. Amma bunun nə dərəcədə effektiv olacağını əlbəttə ki, zaman göstərəcək və bu prosesin özünü doğrultması üçün bir neçə il vaxt lazım gələcək.

Dünyanın əksər ölkəsində təhsilin müxtəlif pillələri var - məktəbəqədər təhsil, ibtidai təhsil, yuxarı təhsil və ali  təhsil istiqaməti üçün hazırlıq pilləsi. Hesab edirəm ki, ölkəmizdə də 10-11-ci siniflər məhz digər xarici ölkələrdə olduğu kimi, ali təhsil müəssisələrinə getmək istəyən şəxslər üçün bir mərhələ olmalı və bu mərhələ könüllülük prinsipi əsasında olmalıdır".

Elçin Əfəndi 10-11-ci siniflərdə sərbəst davamiyyətin tətbiq edilə biləcəyi ilə bağlı fikirlərə isə bu cür mövqe bildirdi: “Hesab edirəm ki, sərbəst davamiyyətin tətbiq olunması məsələsi qətiyyən ağlabatan deyil. Çünki belə olarsa, ümumiyyətlə, heç bir şagird məktəbə getməyəcək. Sadəcə, attestatı alacaqları günü gözləyəcəklər ki, bu dövlət nümunəli təhsil sənədinin  alsınlar”.

Təhsil üzrə ekspert Elşən Qafarov isə ölkədə dövlət məktəblərində təhsilin ödənişli olması ilə bağlı səslənən fikirlərin tam məntiqsiz hesab etdiyini bildirib: “Azərbaycan Respublikasında dövlət təhsil standartlarına  uyğun olaraq təhsil həyata keçirən bütün dövlət təhsil müəssisələrində təhsil pulsuzdur. Bu, istər Azərbaycan Respublikası vətəndaşı, istərsə də xarici vətəndaşlara, vətəndaşlığı olmayan şəxslərə də aiddir.

Ümumtəhsildə təhsilin ödənişli şəkildə həyata keçirilməsi ilə bağlı təkliflər qeyri-ciddi, qanunvericiliyə əsaslanmayan, təhsillə bağlı anlayışı olmayanların fikridir.

Dövlət mülkiyyətində olan ümumtəhsil məktəblərinə dövlət standartlarına uyğun olaraq ümumtəhsillə yanaşı eyni zamanda ödənişli əsaslarla, beynəlxalq təhsil formalarına əsaslanan  təhsilin həyata keçirməsinə icazə verilir.  Lakin bir daha qeyd edirəm ki, dövlət hər bir vətəndaşın təhsil almaq hüququnu təmin edir və dövlətin mülkiyyətində olan ümumtəhsil məktəblərində təhsil pulsuzdur, onu pullu etmək məntiqə sığmır.

O ki qaldı repetitorluğun geniş yayılmasına, valideynlərin repetitorlara kifayət qədər pul ödəməsinə, bu, ona bənzəyir ki, ağacın bir budağı quruyur, deyirik ki, gəlin kökünü də yerdən çıxaraq". Digər tərəfdən, ümumtəhsil məktəblərini publik hüquqi şəxsə çevirmək məsələsini həll etmək lazımdır. Bununla bağlı Nazirlər Kabinetinə qərar layihəsi verilib və hələ təsdiq olunmayıb. Ümumtəhsil məktəblərində təhsil pulsuz olduğuna görə “təhsili ödənişli edək” anlayışı özü kökündən səhvdir. Repetitorluğun minimuma endirilməsi üçün müvafiq tədbirlər görmək olar. Bu tədbirlərdən biri DİM-in imtahan mexanizmində dəyişikliklər etməkdir.

Beləliklə, görməyə çox işlər var, amma ödənişli əsaslarla ümumtəhsili həyata keçirmək, bu, qeyri-ciddi fikirdir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla

Reytinq

8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
1839
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
1557
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
1201
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
1016
Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
850
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
839
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
646
Röyanın biabırçı videosu yayıldı
623
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
620
Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb
540
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
513
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
500
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
491
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
461
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
448
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
441
Sabah 20 dərəcə isti olacaq
358
Magistraturaya qəbulun yekun nəticələri açıqlandı
354
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir - FOTO 
310
Xanım fanatı azərbaycanlı müğənniyə “Porsche” bağışladı - VİDEO
306