Bakının Nəsimi rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az report.az-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Qarayev Orxan Əbülfəz oğlu və onun həmyaşıdları Mahmudzadə Mirəli Miri oğlu, Osmanov Əli Mehdi oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun