AZ

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Bakı, 3 may, AZƏRTAC

Fransanın Dövlət Dəmir Yolları Şirkətinin (SNCF) əməkdaşları Parisdə tətil keçirməyi planlaşdırırlar.

AZƏRTAC Fransa KİV-ə istinadla xəbər verir ki, həmkarlar təşkilatları ilə rəhbərlik arasındakı danışıqlar nəticə vermədiyi üçün işçilər mayın 21-də bir günlük tətil keçirməyə qərar veriblər. Şirkətin Olimpiya Oyunları vaxtı məzuniyyətdən imtina edəcək şəxslərə ödənilməli olan məbləğ həmkarları qane etmir. Dəmiryolçular bildirirlər ki, Olimpiya oyunlarına ayrılan milyardlarla avroluq vəsait qarşılığında onların əməyi çox ucuz dəyərləndirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
3
Mənbələr
Şərh ()
Bağla