Bakı, 3 may, AZƏRTAC
Silahlı şəxslər Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) 2 sürücüsünü öldürüb, 3 əməkdaşını ağır yaralayıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə BQXK məlumat yayıb. Təşkilat bildirir ki, hadisə Sudanın Darfur regionunda baş verib. Əməkdaşlar Layba şəhərindən qayıdarkən silahlıların hücumuna məruz qalıblar.