AZ

Gürcüstanda etirazçılar tələblərini səsləndirirlər - VİDEO 

Gürcüstanda keçirilən kütləvi nümayişlərin iştirakçıları tələblərini səsləndiriblər.

Bizim.Media xəbər verir ki, parlament binası qarşısına toplaşan aksiya iştirakçıları  “xarici agentlər haqqında” qanun layihəsinin qəbulundan imtina edilməsini tələb edirlər.

Bundan əlavə onlar, son günlər etiraz aksiyalarında saxlanılanların hamısının azad edilməsini, qeyri-proporsional güc tətbiqində iştirak edən Daxili İşlər Nazirliyinin əməkdaşlarının, etiraz aksiyalarında qadınlara və uşaqlara qarşı zor tətbiq edənlərin cəzalandırılmasını istəyirlər.

Etirazçılar həmçinin “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi geri götürülənə qədər hakimiyyətə itaətsizliklərini bəyan ediblər.

Növbəti genişmiqyaslı tədbir mayın 11-də elan olunub.
 


 
Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
Mənbələr
Şərh ()
Bağla