AZ

Avropa Komissiyasının Baş direktoru Azərbaycana gəlib

Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Qert Yan Kupman Azərbaycana səfərə gəlib

 

Bu barədə Kupman "X" sosial şəbəkəsində yazıb.

 

"COP29, minalardan təmizləmə və digər sahələrdə Aİ-Azərbaycan əməkdaşlığını müzakirə etmək üçün Azərbaycana gəldim. Səfər Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və xarici işlər nazirinin müavini Fuad Rzayevlə səmərəli görüşlə başlayıb.

 

Bu, Cənubi Qafqazda yaşıl enerji, regional əlaqə və sülh üçün müsbət gündəm yaratmaq üçün mühüm fürsətdir", - deyə o qeyd edib.

Fotoları təqdim edirik
Tarix: 3 May 2024, 01:03   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
34
Mənbələr
Şərh ()
Bağla