AZ

Fransanın Ukraynaya ordu göndərmə BLEFİ: “Qlobal münaqişəyə çevriləcək prosesin…”

“ABŞ-nin özü belə baş verə biləcək proseslərdən çəkindiyi üçün Ukraynaya açıq dəstək vermir”.

Bunu Fransanın Kiyevin istəyinə bağlı olaraq Ukraynaya ordu göndərməyə hazır olduqları bəyanatını şərh edən politoloq Samir Səmədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Avropa əməldə yox, sözdə belə bəyanatlar səsləndirir:

“Ukraynada cəbhənin yarıldığını və Ukraynanın Fransadan kömək istədiyini ehtimal edək. Bəs yaxşı Fransanın elə bir ordusu varmı ki, Rusiya ilə döyüşə bilsin? Varsa belə, bunun nələrə səbəb ola biləcəyini dərk edirmi? Qlobal münaqişəyə çevriləcək prosesin qarşısını ala biləcək dövlət varmı?

Hazırkı vəziyyətdə Fransanın belə bir addım atmasına şərait yaradacaq dövlət yoxdur. Hətta ABŞ-nin özü belə baş verə biləcək proseslərdən çəkindiyi üçün Ukraynaya açıq dəstək vermir. Bu amillər nəzərə alındıqda Fransanın səsləndirdiyi bəyanatlar sadəcə absurddur”.

Nəsimi Ələsgərli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla