Rahim Sterlinq “Çelsi”dən ayrılmağı düşünür.
İdmanxeber.az məlumat verir ki, əsas heyətdəki yerini itirən 29 yaşlı oyunçu London klubundakı vəziyyətindən xoşbəxt deyil. O, yayda gələn təklifləri dəyərləndirmək istəyir.
Sterlinq 2022-ci ilin yayından “Çelsi”də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 40 oyuna çıxıb, 8 qol vurub və 8 məhsuldar ötürmə edib.