AZ

Bazar ertəsi martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkilərinin yekun nəticələri elan olunacaq

Türkiyə Mərkəzi Seçki Komissiyası martın 31-də keçirilən bələdiyyə seçkilərinin yekun nəticələrini gələn bazar ertəsi, mayın 6-da açıqlayacaq.

Editor.az xəbər verir ki, bu barədə idarənin açıqlamasında bildirilir. Ədalət və İnkişaf Partiyası hakimiyyətə gələn 2002-ci ildən bəri ilk dəfə rəqiblərini məğlub edə bilməyib. Seçkilərdə seçicilərin 37,77% səsini toplayani Cümhuriyyət Xalq Partiyası qalib gəlib. AKP isə 35,49% səs toplayıb.

Seçkilərdə fəallıq 78%-dən bir qədər çox olub və bu, son illərin ən aşağı göstəricisidir. Bundan əvvəl Türkiyə rəsmiləri ölkə vətəndaşlarının bu seçkilərdə verdikləri mesajı eşitdiklərini bildirmişdilər.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla