AZ

Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırdı

Ankara İsrail tərəfi ilə bütün ticarət əlaqələrini dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Bloomberg iki türk rəsmisinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, respublika hakimiyyət orqanları hələlik bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama verməyib.

Bildirilib ki, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi pul ifadəsində 6,8 milyard dollar təşkil edib.

Eyni zamanda, tədarükün 76%-i Türkiyə mallarının ixracından əldə olunub.


Müəllif: Teleqraf.com
Seçilən
40
11
Mənbələr
Şərh ()
Bağla