AZ

Kosmosa da turist səfərləri başladı

Amerikanın "SpaceX" şirkəti kosmosa turist uçuşları üçün yer bron etməyə başlayıb. Bu barədə məlumat şirkətin saytında yer alıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, maraqlananlar üçün dörd istiqamət əlçatan olacaq: Yerin orbitinə, Beynəlxalq Kosmik Stansiyaya (BKS), Aya və Marsa.

"Dragon" və "Starship" raketlərində uçuşlar zamanı şirkət turistləri kosmik kostyum, sensor əlcəklər və 3D çaplı dəbilqə ilə təmin edəcək.

Artıq iki istiqamətdə gələcək uçuşların tarixləri məlumdur. Beləliklə, arzu edənlər 2024-cü ilin sonunda Yer orbitinə, 2025-ci ildə isə BKS-ə çıxa biləcəklər.


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
193
10
Mənbələr
Şərh ()
Bağla