AZ

"Barselona" Pedrini satmaq istəyir..?

"Barselona" bu yay yarımmüdafiəçisi Pedrini satmağa hazırdır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Pedrinin dünyanın ən istedadlı gənc yarımmüdafiəçilərindən biri sayılmasına baxmayaraq, Kataloniya klubu 21 yaşlı futbolçu üçün təklifləri nəzərdən keçirməyi düşünür.

"Blauqrana"nın məşqçilər heyəti Pedrinin inkişafının onların istədikləri kimi getmədiyinə inanır və hesabatda iddia olunur ki, onun meydandan kənar həyat tərzi son illərdə zədələrlə üzləşən futbolçu karyerası üçün optimal deyil. Onunla yeni müqavilə ilə bağlı danışıqlar dayandırılıb.

Bu mövsüm Pedri "Barsa"nın heyətində 29 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
35
Mənbələr
Şərh ()
Bağla