AZ

"Rusiya ilə doğru siyasət aparmaq lazımdır" - Deputat Müşfiq Məmmədli - VİDEO

“Azərbaycan xalqı sovet sisteminin qurulmasında və sonrakı dövrlərində mühim rolu olan xalqlardan biridir”. Yəni 15 müttəfiq respublika içərisində Azərbaycanın istər ikinci dünya müharibəsi zamanı, istər ondan sonrakı bərpa-quruculuq zamanı, həmçinin istərsə də ulu öndər Heydər Əliyevin oynadığı rol şərhsizdir".

Bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı Müşviq Məmmədli Ednews-Tv-yə müsahibəsi zamanı qeyd edib.

Deputat daha sonra bildirib ki, Rusiya böyük dövlətdir və onunla doğru siyasət aparmaq ölkəmizin mənfəətinə uyğundur:

“Bizim Rusiyada böyük diasporamız var. Bunları düşünərək və lazım olan konstruktiv məcraya yönəldərək öz xalqımızın mənafelərini qoruyuruq. Cənab Prezidentin atdığı addımlar həqiqətən hər siyasətçinin edə biləcəyi bir şey deyil. Çünki Rusiya proqnozlaşdırıla bilməyən bir ölkədir və hətta bunu rus xalqı belə etiraf edib. Biz müxtəlif cür fikirlər və düşüncələr irəli sürə bilərik. Əsas olan hər şey nəticəyə görə ölçülür və nəticə ortadadır”.

Daha ətraflı video süjetdə:

Xəyal Ramiz


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla