Azərbaycan bayrağı Yeni Kaledoniyada aksiyalarda dalğalanır, Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə isə Fransa səssiz qalmır.
Xezerxeber.az-ın məlumatına görə, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib.
O bildirib ki, Bakı Təşəbbüs Qrupunun atdığı addımlar beynəlxalq hüququn çətiri altındadır.
Abbas Abbasov əlavə edib ki, Azərbaycan son 4 ildə Qoşulmama Hərəkatına sədrlik edib və burada sədrlik hərəkatın ana prinsipinə əsaslanıb.
İcraçı direktor bildirib ki, Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyaların şahidi oluruq. Onun sözlərinə görə, Azərbaycan Fransanın son müstəmləkələrinin ədalətli mübarizəsini dəstəkləyir.
Qeyd olunub ki, Azərbaycanın göstərdiyi dəstək bundan sonra da davam edəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.