AZ

“Reyms” Uill Still ilə yollarını ayırdı

Fransa Liqa 1-də mübarizə aparan “Reyms” belçikalı mütəxəssis Uill Still haqqında, qarşılıqlı razılaşmaya əsasən istefa qərarı qəbul edib.

Arena.az məlumat verir ki, bu barədə Fransa klubu rəsmi saytında bəyanat verib.

Bu səhər klub prezidenti Jan-Pyer Kayo, baş idarəçi Matye Lakur və baş məşqçi Uill Still arasında keçirilmiş üçtərəfli görüşdən sonra, tərəflər növbəti mövsümdə əməkdaşlıq etməyəcəklərinə dair qarşılıqlı razılaşma əldə ediblər.

“Reyms” rəhbərliyi qərara alıb ki, Uill Still və onun köməkçisi Nikolya Still bu gündən etibarən öz vəzifələrindən istefa versinlər.

Klub prezidenti Jan-Pyer Kayo belçikalı mütəxəssisin istefası ilə bağlı fikirlərini ifadə edib:

“Yaşadığımız bütün gözəl duyğular üçün Uill və Nikolya Stilə təşəkkür etmək istəyirik. Bütün istedadları üzə çıxarmaq bacarığı ilə tanınmış və məlum müstəsna klub layihəsinin mərkəzində öz məfkurəsini tətbiq etməyi bilən bir məşqçinin meydana çıxmasına töhfə verdiyimiz üçün fəxr edirik. Uill 2018-ci ildə başlamış yeni dövrün simalarından biri idi. O, şübhəsiz ki, “Reyms”ə, xüsusən də paltardəyişmə otağının beynəlmiləlləşdirilməsi məzmununda irəliyə doğru daha bir addım atmağa imkan verdi. Uill, Niko, böyük “Qırmızı və Ağ” ailəsi sizə təşəkkür edir, gələcək karyeranızda uğurlar diləyir”.

Öz növbəsində belçikalı mütəxəssis də ayrılıq məqamında klubla bağlı ürək sözlərini ifadə edib:

“Mən “Reyms”ə və klub rəhbərliyinə bu müstəsna imkana və buradakı səyahətim boyu göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Mən “Reyms”ə və klubla birbaşa və ya dolayı əlaqəsi olan hər kəsə həmişə minnətdar olacağam. Birlikdə işləyə bildiyim bütün futbolçulara, bütün texniki, icraçı, təhlilçi, tibbi heyətə, eləcə də stüardlara xüsusi təşəkkürümü bildirirəm. Hər şeydən əvvəl isə bu gözəl klubun bütün azarkeşlərinə. Ötən mövsüm 19 oyunluq məğlubiyyətsiz silsiləmiz və “Delon”dakı möhtəşəm oyunlar mənim üçün müstəsna məqamlar olaraq qalacaqlar. “Delon” və Şampan mənim həyatımda həmişə xüsusi yer tutacaq. Mən “Qırmızı və Ağ”ın bir nömrəli tərəfdarı olaraq qalacağam”, deyə Still duyğusalcasına bildirib.

Xatırladaq ki, “Reyms” cari mövsümdə Fransa Liqa 1-in yarış cədvəlində 31 oyundan 40 xalla 11-ci pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla