Müəyyən fasilədən sonra Dubayda yenidən güclü yağışlar yağmağa başlayıb.
Nəticədə şəhərin böyük hissəsini su basıb, bir-sıra yollarda gediş-gəliş çətinləşib. Yağışlar Dubay hava limanında təyyarələrin uçuşuna mane olub, bir-sıra istiqamətlərdə uçuşlar ləğv edilib.
Dubay əmirliyi mətbuat xidmətinin verdiyi məlumata görə, yağışlar nəticəsində 13 reysi yerinə yetirmək mümkün olmayıb, daha 5 reys isə başqa şəhərə keçirilib. Yağışların hələ bir neçə gün də davam edəcəyi bildirilib.
Xatırladaq ki, aprel ayında yağan güclü yağışlar da Dubayda həyatı iflic etmişdi.
Oxuməni.az