AZ

Netanyahunun kortejinə HÜCUM EDİLDİ – Saxlanılan var

Təl-Əviv polisi İsrailin baş naziri Binyamin Netanyahunun kortejinə hücum etməkdə şübhəli bilinən şəxsi saxlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.

Onun sözlərinə görə, saxlanılan şəxs nəqliyyatın hərəkətinə mane olub.

Hadisə Təl-Əvivin mərkəzindəki Dizengoff küçəsində baş verib. Şübhəli 58 yaşlı kişi dindirilməyə göndərilib.

Onun şəxsiyyəti ilə bağlı təfərrüatlar verilmir.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
7
Mənbələr
Şərh ()
Bağla