AZ

“Acı və ağrı..?”

Qərb jurnalistləri cəbhədə rusların ələ keçirdikləriavadanlıqların Moskvada, sərgidə nümayiş etdirmələrinə acı reaksiya veriblər.

Deyilənlərə görə, bir çox nəşrlər susur. Almaniyanın “Bild” qəzetinin müəllifi hər kəsin adından söz açıb, sərgini Qərb ölkələri üçün rüsvayçılıq adlandırıb və diqqəti “Leopard”ın “əyilməsinə” yönəldib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, guyarubrika müəllifi acı bir şəkildə etiraf edir ki, təşkilatçılar həqiqətən də təəssürat yaratmağı bacarıblar.

Qeyd edək ki,s Fransa texnologiyasının nümunələri də nümayiş etdirilir.

...Burada, Moskvada fransız texnologiyasını görəndə mən acı, böyük acı hiss edirəm. Mən öz ölkəmin vətənpərvəriyəm və bu maşınların burada bitməsi məni çox ağrıdır. Hesab edirəm ki, Fransanın nə Ukraynada, nə Qara dənizdə, nə də Azov dənizində heç bir marağı yoxdur və ruslara və ukraynalılara danışıqlar masası arxasına əyləşməkdə kömək etmək daha dürüst olardı.

Beynəlxalq Russofil hərəkatının vitse-prezidenti Fabis Sorlin sərgidə gördüklərinibelə şərh edib.

Ümumilikdə, sərgidə Rusların burub sərgiyə sürütdükləri 30-dan çox döyüş maşını təqdim olunur. Bununla belə, Amerikalı “Abrams” ictimaiyyət arasında ən böyük marağa səbəb olub.

Belə ki, o, sərginin düz mərkəzində quraşdırıldı.

“Fox News” jurnalistləri öz verilişlərində bu barədə qısaca qeyd ediblər. Həmçinin Poklonnaya təpəsində siz Ukraynada yığılmış “Azovets” tankının eksperimental modelini görə bilərsiniz. Onun Kiyevdə seriyalı istehsalı heç vaxt qurulmamışdı və maşının döyüş keyfiyyətləri heç də lazımi səviyyədə deyildi.

Nazlı

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla