AZ

ABŞ-Gürcüstan gərginliyi böyüyür

ABŞ-ın Gürcüstandakı səfiri Robin Dunnigan deyib ki, Gürcüstan hakimiyyəti tərəfdaşlıq və yardımı müzakirə etmək üçün ABŞ-a səfər etmək dəvətindən imtina edib.

O əlavə edib ki, hökumətin son həftələrdə qəbul etdiyi qərarlar ölkəni Avro-Atlantik gələcəkdən uzaqlaşdırıb: “Biz bu yaxınlarda Gürcüstan hökumətinin yüksək rütbəli üzvlərini ABŞ-ın ən yüksək səviyyəli liderləri ilə birbaşa əlaqə saxlamağa dəvət etdik ki, bizim strateji tərəfdaşlığımızı və ABŞ yardımı ilə bağlı hər hansı narahatlıqları müzakirə edək; Təəssüf ki, Gürcüstan tərəfi bu dəvəti qəbul etməməyi üstün tutdu”, – səfirin bəyanatında deyilir.

Robin Dunnigan bildirib ki, son 32 il ərzində ABŞ və Gürcüstan ümumi dəyərlərə və ölkəni demokratiyalar ailəsində görmək istəyinə əsaslanan tərəfdaşlıq əlaqələri qurub. O, əlavə edib ki, hakim partiya hazırda Gürcüstanın Avropa İttifaqına daxil olmaq istəyi ilə bir araya sığmayan qanun layihəsini irəli sürür.

Bəzi partiya üzvləri də “Gürcüstanın suverenliyinin tərəfdarlarına” – Aİ və ABŞ-a hücum etmək qərarına gəliblər, – Dunniqan əlavə edib.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla