AZ

Benzema yenidən “Real”ın düşərgəsində

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema “Real”ın bazasına gedib. 

Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 

Bir müddət əvvəl zədə alan fransalı futbolçu müayinə üçün Madridə yollanıb. “Real” keçmiş oyunçusunun müayinəsinə köməklik göstərəcək. “Əl İttihad” bu addımına görə “Real”a rəsmi şəkildə təşəkkür edib. 

Benzemanın gələn həftə Səudiyyə Ərəbistanına qayıdacağı gözlənilir. 2023-cü il iyulun 1-də “Əl-İttihad”a keçən Kərim Benzemanın klubu ilə 2026-cı il iyunun 30-na qədər müqaviləsi var.

Rəşad Rafiqoğlu, Bizim.Media

 
Seçilən
204
24
bizim.media

10Mənbələr