AZ

Tələbələr karyera planlaması barədə məlumatlandırılıblar

Bakı Dövlət Universitetində (BDU) Karyera Festivalı çərçivəsində tələbələr üçün Dövlət Məşğulluq Agentliyi və “Paşa Sığorta” tərəfindən “Karyera planlaması” mövzusunda təlim keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Tədbirdə “Paşa Sığorta”nın əməkdaşı Leyla Cəfərli qeyd edib ki, düzgün karyera quruculuğu üçün peşəkar şəxsiyyət kimi formalaşmaq və inkişaf planını hazırlamaq zəruri şərtdir. Karyera planlamasında özünüqiymətləndirmənin, karyeraya fayda qazandıran bacarıqların inkişaf etdirilməsinin, əzmkarlıq və qərarlılığın, məsuliyyətin, məqsədyönlülüyün rolu vurğulanıb.

Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Xanoğlan Sadiq isə karyera planlamasının peşə məqsədlərinə nail olmaq üçün bələdçi rolunu oynadığını diqqətə çatdırıb. O qeyd edib ki, karyera planlaşdırılmasında bacarıqların təkmilləşdirilməsi, peşəkar şəbəkənin genişləndirilməsi də uğura aparır.

Sonra tələbələrin sualları cavablandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
2
Mənbələr
Şərh ()
Bağla