Dünya bazarında yüksək vacib metallardan biri olan mis kəskin bahalaşa bilər.

Debit.az xəbər verir ki, bu barədə Bloomberg-ə müsahibəsində milyarder, mədən investoru Robert Fridland deyib.

İş adamı bildirib ki, dünya mis tədarükü böhranı ilə üz-üzədir, çünki gələcək tələbatı ödəmək üçün kifayət qədər mədən tikilmir.

Onun sözlərinə görə, mis yataqları bahalaşır və onları tapmaq çətinləşir. Bu sahəyə ayrılan maliyyə vəsaitləri məhduddur və iqtisadiyyatlar mədənçiliyə daha çox diqqət ayırmalıdırlar.

“Biz qatarın qəza yerinə yaxınlaşırıq”,- Fridland deyib.

Biznesmen qeyd edib ki, bu sahə diqqətdən kənarda qaldığı halda dünya bazarında mis qiymətləri on dəfə arta bilər.

Oxundu: 158