AZ

Gəncliyi bərpa edən nadir göbələk tapıldı

Rusiyanın Ural bölgəsində "gəncliyi bərpa edən" Qırmızı Kitaba daxil edilmiş göbələk tapılı.

Redaktor.az Rusiya mətbuatına istinadən bildirir ki, söhbət "cadugər qazanı" və ya "cavanlaşdıran alma" kimi tanınan nadir, "Qırmızı Kitab"a daxil edilmiş "qlobulyar sarkosoma" adlanan göbələkdən gedir.

Nijni Tagil sakininin dediyinə görə, o, moruq üçün meşəyə gedəndə orda heç vaxt rastlaşmadığı göbələyi görüb.

Göbələk üstü kəsilmiş çəlləyə bənzəyir, səthi məxmər və qırışlıdır, içərisində isə torpaq yağı adlanan jele kimi maye var.

Həyat və gənclik iksiri adlandırılan maye şəfalı sayılır.

Üz və əlləri sürtmək üçün istifadə olunur və əzələ və oynaqların xəstəliklərində istifadə olunur.

Bununla belə, qlobulyar sarkosoma aid edilən xüsusiyyətlər elmi araşdırmalarla təsdiqlənməyib.

Sultan AYXAN

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla