AZ

İsveç Quran yandırma aksiyasına icazə verib

İsveç polisi Malmö şəhərində keçiriləcək “Avroviziya” mahnı müsabiqəsi ərəfəsində Quran yandırma aksiyasına icazə verib.

Sitat.info xəbər verir ki, bu barədə "Goteborgs-Posten" qəzeti yazır.

Nümayiş cümə günü günortadan sonra, rəsmi yarışmadan bir gün əvvəl şəhərin mərkəzi hissəsindəki Qustav Adolf meydanında keçiriləcək.

Məlumata görə, polisə şənbə və bazar günləri də oxşar mitinqlər keçirmək üçün müraciətlər daxil olub.

Malmödə mayın 9-da və 11-də İsrail əleyhinə mitinq planlaşdırılır. Bununla yanaşı mayın 9-da İsrail tərəfdarları etiraz aksiyası keçirəcəklər.

Türkan

Sitat.info

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
6
Mənbələr
Şərh ()
Bağla