AZ

Zabratda evlər niyə kütləvi satışa çıxarılır?

"Son günlər Paytaxtın Sabunçu rayonuZabrat qəsəbəsində evlərin kütləvi şəkildə satışa çıxarılması müşahidə olunur. Son bir aydır ki, satışa təklif edilən mənzillərin çoxu bu ərazidəndir”.

Bunu “Operativ Media”ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyib.

Ekspertin sözlərinə görə, Zabrat qəsəbəsi son illər əhalinin ən çox daşınmaz əmlak aldığı və məskunlaşdığı ərazilərdən biridir. Bazara təklif olunan həyət evlərinin say nisbəti bu qəsəbədə özünü daha çox göstərir. Səbəb isə bir çox insanın ev tikib satmaq üçün bu ərazini seçməsidir:

"Makler evləri kimi tanınan həyət evləri daha çox bu ərazilərdə tikilir. Zabratda sıx şəkildə yaşayış massivləri salınıb. Maklerlər sırf satış üçün tikdikləri evləri indi satışa çıxarırlar. Əslində evlərin tikintisi zamanı tikinti normaları gözlənməyib. Əksəriyyətində sənəd yoxdur. Sadəcə ucuz tikilib, ucuz da satılır. Bu proses əslində illərdir ki, gedir. İndi həmin ərazilərdən vaxtilə ev alanlar da evlərini satışa çıxarıb. Səbəb isə insanların aldıqları evlərin tədricən problemlərinin üzə çıxmasıdır. Üstəlik sıx məskunlaşma nəqliyyat problemini də qabardıb. Bütün bu səbəblər bu ərazilərdə mənzilini satanların sayını çoxaldıb”.

Ekspert onu da bildirdi ki, mövsümlə əlaqədar digər ərazilərdə də satışan çıxarılan həyət evlərinin sayı artıb. Adətən yazın gəlişi tikinti mövsümünün canlanması hesab edilir:

“Digər ərazilərdə də evlərini satışa çıxaranlar az deyil. Ümumiyyətlə bu aylar tikintinin aktivləşdiyi dövrdür. Zabratla yanaşı Xırdalan, Masazırda da satışa çıxarılan evlərin sayı kəskin artıb. Yenə problem eynidir. Xüsusilə sıx məskunlaşma səbəbindən tıxacların çox olması insanları şəhər mərkəzinə çəkir. Ümumilikdə qiymətlər də ucuz deyil. Əksinə deyərdim ki, 10%-ə qədər bahalaşma da var”.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla