AZ

Ruben Vardanyanın gəlirlərinin mənbəyi onun Nobel mükafatına layiqli namizəd olduğundan xəbər vermir - Amerikalı jurnalist

Bakı. Trend:

Ruben Vardanyanın gəlirlərinin mənbəyi onun Nobel mükafatınalayiqli namizəd olduğundan xəbər vermir.

Trend xəbərverir ki, bu barədə amerikalı jurnalist Martin Şermanın "Newsmax"nəşrində dərc olunan məqaləsində deyilir.

"Onun mülayim şəkildə desək "dəbdəbəli" olaraq səciyyələndiriləbiləcək bioqrafiyasına şübhəsiz, "qaranlıq" olan mühüm fraqmentlərdaxildir. Vardanyanın gəlirlərinin mənbəyinə dair təəccüb doğuranməlumatlar ortaya çıxmağa başlayıb ki, bu da Nobel mükafatınalayiqli namizəd haqqında ehtimal edilə biləcək məlumatlara ziddir",- deyə müəllif yazır.

Jurnalist həmçinin, Mütəşəkkil Cinayətkarlıq və KorrupsiyaHesabatı Layihəsi (OCCRP) tərəfindən dərc olunan hesabata istinadedir. Hesabatda qeyd olunur ki, Vardanyanın maliyyə təşkilatıehtimalla bu cür "şübhəli" maliyyə fəaliyyəti üçün mərkəz qismindəonun offşor şirkətlər şəbəkəsindən və erməni təmaslarından istifadəedərək milyardlarla dolların "yuyulması" sxeminin mərkəzində yeralıb.

Müəllif Vardanyanın 2022-ci ildə Qarabağa köçərək özünü erməniseparatçıların "başçısı" elan etdiyini xatırladıb.

"Azərbaycanla sülhün əldə olunmasına imkan yaratmaq əvəzinə,Vardanyanın hərəkətləri yalnız "regionda nifaq və düşmənçilikalovunu alovlandırmaq" kimi təsvir olunur ki, bu da Nobel SülhMükafatının potensial laureatı üçün bir qədər yersizdir", - deyəmüəllif qeyd edir.

Məqalədə həmçinin, Vardanyanın terrorizmin maliyyələşdirilməsivə digər cinayətlərlə bağlı ittihamlar üzrə hazırda Bakıda həbsdəolduğu vurğulanır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
3
Mənbələr
Şərh ()
Bağla