AZ

IFC iki il ərzində Paris Sazişinə tam uyğun olaraq layihələrə investisiyalar qoyacaq - İvana Duarte

Tbilisi. Trend:

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) iki il ərzində ParisSazişinə tam uyğun olaraq layihələrə investisiyalar qoyacaq.

Trend xəbərverir ki, bu barədə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC)Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes DuarteTbilisidə keçirilən "Mərkəzi Asiya Regional İqtisadi ƏməkdaşlıqProqramı (CAREC) regionunda ekoloji cəhətdən daha təmiz əlavə dəyərzəncirlərinin maliyyələşdirilməsi" mövzusunda panel müzakirəsindəçıxışında deyib.

"İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi sahəsindəgörüləcək çox iş var. Proqram və layihələr paketləri tərtib etmək,maliyyə riskini daim qiymətləndirmək lazımdır", - o deyib.

Duarte qeyd edib ki, IFC tərəfindən ayrılan vəsaitin 44 faiziİqlim dəyişikliyi ilə mübarizəyə, 70 faizdən çoxu bərpa olunanenerji mənbələrinə yönəlib.

"Növbəti iki il ərzində Paris Sazişinə tam uyğun olaraqlayihələrə investisiya yatıracağıq. Ayrı-ayrı ölkələrə gəlincə,Özbəkistanda iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması üzrəxeyli iş görülüb, Pakistanda külək və su elektrik stansiyalarıtikilib. CAREC regionunda özəl sektorun bərpa olunan enerjiməsələlərinə cəlb olunmasına böyük maraq var", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
Mənbələr
Şərh ()
Bağla